Moskvada 22 yaşlı xokkeyçi erməni tərəfindən öldürüldü

Moskvanın mərkəzində 22 yaşlı xokkeyçi öldürülüb.

Bununla bağlı Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, hadisə bu gecə baş verib. “Badımcan” kafesində 22 yaşlı Roman Didur 37 yaşlı erməni əsilli Armen Kuyumcu ilə mübahisə edib.

Tərəflər münaqişəni küçədə davam etdirməyə qərar veriblər və bu əsnada xokkeyçi 37 yaşlı erməni tərəfindən sinəsindən bıçaqlanıb.

Həkimlər gələnə qədər idmançı qan itkisindən dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest