Monako şahzadəsi onunla tədbirlərə qatılması üçün həyat yoldaşına pul ödəyir

Son bir ildir gündəmdə olan Monako şahzadəsi II Albert və həyat yoldaşı Şahzadə Şarlin haqqında ağlasığmaz iddia ortaya atılıb.

Fransanın “Voici” jurnalının məlumatına görə, Şahzadə Albert həyat yoldaşı Şarlinlə dövlət işlərinə qayıtmaq, yəni qatıldığı tədbirlərdə onun yanında olmaq üçün “tam məxfi” müqavilə imzalayıb.

Bu müqaviləyə əsasən, Albert Şarlenə hər il 12 milyon avro ödəməyə razı olub. Jurnalın bu iddiası 2011-ci ildə ailə quran cütlüyün bağlı qapılar arxasında heç də xoşbəxt olmadığı ilə bağlı xəbərləri bir daha gündəmə gətirib.

Şahzadə Şarlinin daha əvvəl infeksiyaya yoluxduğu üçün Cənubi Afrikada 10 ay qaldığı iddia edilirdi. Monakoya qayıtdıqdan sonra onun İsveçrədə klinikalardan birində müalicə olunduğu açıqlanıb və yenə gözə görünməyib.

Lakin son 15 gündə o, əri və uşaqları ilə iki dəfə iki fərqli tədbirdə ictimaiyyət və kameralar qarşısına keçib. Bu vəziyyət Şarlinin sağlamlığını bərpa etməsi və vəzifəsinə qayıtması kimi şərh edildi.

Bununla belə, “Voici”nin iddiasına görə, bunun səbəbi tamamilə fərqli bir vəziyyətdən qaynaqlanır; söhbət, imzalandığı iddia edilən milyonlarla avroluq müqavilədən gedir.

Mənbə: Hürriyet

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest