Modriç səkkizinci dəfə Xorvatiyanın ən yaxşı futbolçusu seçillib

Xorvatiyada səsvermə yolu ilə ölkənin ötən mövsüm üçün ən yaxşı oyunçusunun adı müəyyənləşib.

Xorvatiya Futbol İttifaqından verilən məlumata əsasən, Madridin “Real” klubunun yarımmüdafiəçisi Luka Modriç 2020-2021-ci il mövsümündə Xorvatiyanın ən yaxşı futbolçusu seçilib.

Məlumatda həmçinin qeyd olunur ki, ötən mövsüm 48 oyuna çıxan 35 yaşlı futbolçu, altı qol və səkkiz dəqiq ötürmə ilə yadda qalıb.

Bununla da Luka Modriç karyerası ərzində səkkizinci dəfə ölkəsinin ən yaxşı futbolçusunu seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest