Model fotoşopsuz görüntüsü ilə istifadəçiləri heyrətləndirdi – FOTO

Bədən quruluşunun qüsurlarını retuş etmədən paylaşan birtaniyalı model Bri Lenegan pərəstişkarlarını təəccübləndirib.

“Instagram” hesabında paylaşdığı fotolarda model düzgün işıqlandırmada, filtrlərdən və retuşlardan istifadə edilərək çəkilən fotoların pərdəarxasını nümayiş edib. İstifadəçinin cəsarətli paylaşımı abunəçiləri sevindirib.

Lenegan görüntüləri şərh edərkən istifadəçilərə sosial şəbəkələrdə ideal görüntüləri reallıqla müqayisə etməməyə çağırıb.

Paylaşım on minlərlə bəyənmə toplayıb.

Mənbə: Daily Star

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest