Mobil telefonla danışan qadın kanalizasiya quyusuna DÜŞDÜ – VİDEO

Mobil telefonla danışan qadın qəfil kanalizasiya quyusuna düşüb.

Hadisə Hindistanın Bihar əyalətində baş verib. Mobil telefonla danışan qadın küçədə kanalizasiya quyusuna düşüb.

Videoda görünür ki, qadın nəqliyyatın arxası ilə gedir və telefonla danışdığı üçün qapağı açıq olan kanalizasiya quyusunu görmür. Və nəticədə bədbəxt hadisə baş verir.
Qadının quyuya düşməsinə ətrafdakılar cəld reaksiya verib və onu xilas etmək üçün hadisə yerinə axışıblar. İnsanlar qadının vəziyyəti ağırlaşmamış onu quyudan çıxarmağa müvəffəq olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest