MMA döyüşçüsü beş nəfərlə əlbəyaxaya çıxdı

ABŞ-dan olan keçmiş MMA döyüşçüsü Çeyl Sonnen Las-Veqasda müvəqqəti qaldığı hoteldə dava salıb.

İlkin məlumatlara görə, 44 yaşlı sabiq MMA döyüşçüsü beş nəfərlə əlbəyaxa davaya çıxıb.

Hadisə yerinə əvvəl hotelin mühafizəçiləri daha sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Bir neçə saatını polis bölməsində keçirən Çeyl Sonnen cərimə edilərək azadlığa buraxılıb.

Qeyd edək ki, peşəkar döyüşçü karyerasını 2019-cu ildə bitirən keçmiş döyüşçü ABŞ-da yayımlanan ESPN idman televiziya kanalında aparıcı və ekspert kimi çalışır.

Mənbə: MMA Fighting

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest