Mixail Qorbaçov 11 yaşında faşistlərə necə qulluq edib? -MƏXFİ MATERİALLAR

Əvvəlcə bildirək ki, Mixail Qorbaçov 1931-ci ildə Stavropolda doğulub.

Kəndli ailəsində doğulan 20 Yanvar qatilinin uşaqlıq illəri II Dünya Müharibəsi dövrünü əhatə edib.
 
Nobel Sülh mükafatına layiq görülən SSRİ-nin ən uğursuz və qaniçən rəhbərlərindən biri olan Qorbaçovun bütün biabırçılıq və xainliklərini təqdim edirik:

1942-ci ildə Qorbaçovun 11 yaşı olarkən o, alman əsgərləri üçün qaz tükü yolur və faşistləri çimizdirmək məqsədilə su daşıyırdı. Faşistlərin qulluğunda xüsusi can-fəşanlıqla duran balaca Mişanın kənddən qaçmaq imkanları olsa da bu iş onun xoşuna gəlib və əvəzində onlardan şokalad, sabun, “duşonka” mükafatları alırdı. Faşistlər kəndi tərk edənə qədər o, öz fəaliyyətindən əl çəkməyib.

Anası bütün bu faktları memuar xarakterli kitablarda açıqlasa da, Qorbaçovun özü danmağa çalışıb və bunu tarixin səhifələrindən silməyə cəhd edib. 

1982-ci ildə SSRİ rəhbərliyinə əsas namizədlərdən bəzilərinin müəmmalı ölümü Qorbaçovun yolunu açıb.

NATO-nun postsovet məkanında genişlənməyəcəyi xəbəri ilə rusları aldadıb. Qorbaçov da almanların “ZDF” telekanalına müsahibəsində NATO-nun belə bir vəd verdiyini təkzib edib.
 

Qorbaçovun Rusiyadakı ləqəbi “ən yaxşı nemes”dir. Əlavə edək ki, Qorbaçovun 20 Yanvar kimi cinayətləri var.


Bundan başqa Qarabağ münaqişəsi və erməni işğalının başlanmasına ilk səbəb də, məhz onun “qərarları”, daşnaklarla yaxın olmasıdır. Qorbaçovun erməni sevgisini müxtəlif versiyalarla izah etmək olar. Onun dünyasını dəyişmiş Raisa Qorbaçovanın ermənilərdən külli miqdarda rüşvət, brilyan-qızıl alması faktları da mövcuddur. 

Qeyd edək ki, məlumatlar “back-in-ussr.com” saytından əldə olunub. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest