“Mirasım yetər ona” – Aygün Kazımova

“Elə sənətçilər var ki, qazanır işinə xərcləyir, eləsi də var hər hansı arzusu, problemini həll edir. O sənətçilərdənəm ki, nə qədər çox qazancım olsa, bir o qədər də layihələrim olur. Bundan həzz alıram”.

Bu sözləri sənətçi “10-da görüşək” proqramında deyib.
“Düşünürəm ki, etdiklərim doğrudur. Məndən sonra mirasım, evim və sair, qızıma qalanlar yetər ona. Qalan şeylər – bunlar mal-mülkdür, Süleymana qalmayan dünya kimə qalacaq? Amma yaşayan mahnılarım, kliplərim, konsertlərim olacaq. Onlar ömür boyu yaşayacaq. Əşya isə xarab olub gedəcək” – o, bildirib. 
Pop diva həmçinin, canlı əfsanə olması ilə bağlı suala belə reaksiya verib: 
“Bunu deyən insanlara minnətdaram. Əfsanələşmə deyəndə, yəqin ki, bu yol oraya gedir. Vaxt keçdikcə, artıq görürlər ki, zaman hər şeyi göstərir, önə çıxarır. Bizim əfsanə, dahi sənətkarlarımız da bu yolları belə keçiblər. Yəqin ki, mənim yolum da gedib “Əfsanə xanım”ın evinə çatar”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest