Mini ətək və dekolteli oğrulardan unikal qarət üsulu – FOTO

Türkiyənin Antalya şəhərində qəribə oğurluq hadisəsi baş verib.

Belə ki, şəhərdə yerləşən evlərdən birindən iki qadın oğurluq edib. Evdən beş min türk lirəsi, elektron əşyalar və Şotland cinsi pişik oğurlanıb.

Oğrular hadisəni törətmək üçün özlərinə əziyyət vermək və qapını açmaqla məşğul olmaq istəməyiblər. Onlar qarət edəcəkləri ünvana qapını açmaq üçün xüsusi işçi çağırıblar. Beləliklə rahatlıqla mənzilə daxil ola biliblər.

Hadisədən daha çox maraq oyadan isə oğruların geyimləri olub. Mini ətəkli, sinə dekolteli geyimli oğruların təhlükəsizlik kamerasından çəkilmiş görüntüləri yayılıb. Bununla da yarıçılpaq oğrular sürətlə ölkədə gündəmə çevriliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest