Mingəçevirdə inanılmaz yol qəzası: Avtomobil öz-özünə qəbristanlığa girdi – FOTO

Mingəçevir şəhərində qeyri-adi yol qəzası baş verib.

Hadisə şəhər qəbristanlıqlarından birində qeydə alınıb.

Qəbristanlıq ərazisində dayanan və sürətlər qutusu “N” (Neytral) vəziyyətdə olan “Mercedes” markalı avtomobil enişdən aşağı hərəkət edərək qəbrlərə çırpılıb.

Qəza zamanı bir neçə qəbr daşına və avtomobilə ciddi ziyan dəyib.

Ehtiram Muradov, Bizim.Media



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest