Millimizin baş məşqçisi Ermənistanda çəkdirdiyi bu fotonu paylaşdı, sonra sildi – FOTO

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi 2015-ci ildə Ermənistanın paytaxtı Yerevanda çəkdirdiyi fotonu rəsmi İnstagram səhifəsində paylaşıb.

İtalyan mütəxəssis Albaniya milli komandasının sabiq fizioterapevti, bu yaxınlarda dünyasını dəyişmiş İlli Mixali ilə Ermənistanda çəkdirdiyi şəkili paylaşıb, lakin bir neçə dəqiqə sonra payaşımını silib.

De Byazi fotonu bu sözlərlə paylaşıb: “Necə sevindiyin yadımdadır, İlli. Yerevan, 11.10.2015, biz Tarixdəyik! Ailəsinə dərin başsağlı verirəm”.

01F61E6F BC33 498A B92B 82C4FFB20450

Foto, 2015-ci ilin oktyabrın 11-də Avro 2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Ermənistan – Albaniya (0:3) qarşılaşmasından sonra çəkilib. De Byazi həmin vaxt Albaniya milli komandasının baş məşqçisi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest