Millətlər Liqasında gecənin nəticələri

UEFA Millətlər Liqasının ilk turu davam edir.

Ötən gecə daha 10 oyun baş tutub.

Belə ki, A Liqasında iki, B Liqasında üç, C Liqasında dörd, D Liqasında isə bir matç baş tutub.

Günün mərkəzi oyunu İspaniya və Portuqaliya komandaları arasında olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 25-ci dəqiqədə Alvaro Moratonun vurduğu qola qonaqlar 82-ci dəqiqədə Rikardu Ortanın dəqiq zərbəsi ilə cavab veriblər.

A Liqasının 2-ci qrupunun digər matçında Çexiya İsveçrəni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.

B Liqasında Norveç səfərdə Serbiyanı 1:0, İsveç Sloveniyanı 2:0 hesabı ilə yendiyi halda, İsrail evdə İslandiyaya məğlubiyyətdən yaxa qurtarmağı bacarıb – 2:2.

C Liqasında yalnız Gürcüstan evdə Cəbəllütariq üzərində qələbə qazanmağı bacarıb – 4:0. Əvəzində Kipr Kosovoya 0:2, Şimali İrlandiya Yunanıstana 0:1 hesabı ilə uduzub, Bolqarıstan isə Şimali Makedoniya ilə heç-heçə edib – 1:1.

Nəhayət, D Liqasında Estoniya öz meydanında San-Marinonu üstələyib.

UEFA Millətlər Liqası
I tur


A Liqası
2-ci qrup
İspaniya – Portuqaliya – 1:1
Qollar: Alvaro Morata, 25 – Rikardu Orta, 82

Çexiya – İsveçrə – 2:1
Qollar:
 Yan Kuxta, 11. Cibril Sou, 58 (öz qapısına) – Noa Okafor, 44

B Liqası
2-ci qrup
İsrail – İslandiya – 2:2
Qollar:
 Liel Abada, 25. Şon Vayssman, 84 – Torir Yohann Helqason, 42. Arnor Siqurdsson, 53

4-cü qrup
Sloveniya – İsveç – 0:2
Qollar:
 Emil Forsberq, 39 (pen.). Deyan Kulusevski, 88

Serbiya – Norveç – 0:1
Qol:
 Erlinq Holann, 26

C Liqası
2-ci qrup
Kipr – Kosovo – 0:2
Qollar:
 Valon Berişa, 65. Edon Joqrova, 78

Şimali İrlandiya – Yunanıstan – 0:1
Qol:
 Tasos Bakasetas, 39

4-cü qrup
Bolqarıstan – Şimali Makedoniya – 1:1
Qollar:
 Kiril Despodov, 34 – Milan Ristovski, 50

Gürcüstan – Cəbəllütariq – 4:0
Qollar:
 Xviça Kvaratsxeliya, 12. Quram Kaşiya, 33. George Mikautadze, 87. Valeri Qazaişvili, 88

D Liqası
2-ci qrup
Estoniya – San Marino – 2:0
Qollar:
 Robert Kirss, 23. Conas Tamm, 32
C Liqası

2-ci qrup
Kipr – Kosovo – 0:2
Qollar:
 Valon Berişa, 65. Edon Joqrova, 78

4-cü qrup
Bolqarıstan – Şimali Makedoniya – 1:1
Qollar:
 Kiril Despodov, 34 – Milan Ristovski, 50

Gürcüstan – Cəbəllütariq – 4:0
Qollar
: Xviça Kvaratsxeliya, 12. Quram Kaşiya, 33. George Mikautadze, 87. Valeri Qazaişvili, 88

D Liqası
2-ci qrup
Estoniya – San Marino – 2:0
Qollar:
 Robert Kirss, 23. Conas Tamm, 32

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest