Messi het-trik etdi, Pelenin rekordunu yenilədi  – VİDEO

Cənubi Amerika Futbol Konfederasiyasında (CONMEBOL) 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində 9-cu turun oyunları keçirilib.

5 görüşün hamısında meydan sahibləri qələbə qazanıb. 
Argentina yığması Boliviyaya 3:0 hesabı ilə qalib gəlib ki, Lionel Messi oyunda het-trik (14, 65, 89-cu dəqiqələr) edib. Bununla da hücumçunun milli komandada vurduğu qolların sayı 79-a çatıb. O, əfsanəvi braziliyalı Pelenin (77 qol) nəticəsini üstələyib və Cənubi Amerikanın yığma komandaları oyunçularının qollarının sayı üzrə rekorda imza atıb.

Braziliya yığması Peruya 2:0 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində ilk qolu 14-cü dəqiqədə Everton Ribeyro vurub, 40-cı dəqiqədə isə Neymar ikinci qola imza atıb.

Oyun gününün digər matçlarında Paraqvay yığması Venesuela komandasına 2:1, uruqvaylılar ekvadorlulara 1:0, kolumbiyalılar isə çilililərə 3:1 hesabı ilə qalib gəliblər.

Braziliya yığması maksimum nəticə (8 oyun, 8 qələbə) ilə turnir cədvəlinə başçılıq edir. Argentina seçməsi 18 xalla ikinci yerdə qərarlaşıb. Yarış cədvəlində üçüncü sırada uruqvaylılar (15), dördüncü sırada ekvadorlular (13), beşinci sırada kolumbiyalılar (13) yer tutub. 

Qeyd edək ki, qrupun ən yaxşı dörd komandası dünya çempionatının finalına çıxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest