Merkel Zelenskini rusların ayağına verdi

“Ukrayna prezidenti alman kansler Angela Merkellə bəzi məsələlərdə ortaq dil tapa bilməyib”, – Zelenskinin məsləhətçisi belə düşünür.

“RİA Novosti” xəbər verir ki, Almaniyanın kansleri Merkel Ukrayndansa, Rusiyanı tərcih edib.

Belə qənaətdə olan Kiyevin üçtərəfli kontakt qrupunun məsləhətçisi, hərbi-siyasi ekspert Aleksey Arestoviç bu sözləri “Ukrayna 24” telekanalına müsahibəsində deyib.

Arestoviçin sözlərinə görə, Zelenskinin Almaniya səfəri kanslerlə danışıqları nəticəsiz qalıb:

“Xanım Merkel, 7 il dözdü-dözdü, amma axır-əvvəl Ukrayna maraqlarını Rusiyanın xeyirinə satdı. Mən belə başa düşürəm ki, almanlar bunu alman milli maraqlarının müdafiəsi kimi dəyərləndirir. Amma bunun nəticəsi Ukrayna üçün ağır ola bilər. Baydenin ətrafında da belələri var”

Bununla yanaşı, Aleksey bildirib ki, dünyada Çinin nüfuzu artır və qərb bundan çox narahatdır.

Qərbin Kreml ilə yumşaq xətt tutması Pekinə qarşı Rusiyadan istifadə ilə əlaqədardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest