Mehmanxana binası çökdü: 8 nəfər öldü

Çinin şimalında Çzyansu əyalətində mehmanxana binası çöküb.

Hadisə nəticəsində 8 nəfər həlak olub, daha 9 nəfər isə itkin düşüb.

Qeyd edək ki, Suçjou şəhərində yerləşən mehmanxananın binası iyulun 11-i günün ikinci yarısı çöküb. Hələlik insidentin səbəbi məlum deyil.

Belə məlum olub ki, dağıntılar altında 23 nəfər var. İlkin məlumatlarda 1 nəfərin həlak olduğu, 10 nəfərin isə itkin düşdüyü deyilirdi. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest