MDB-nin iclasında QALMAQAL: Əli Əsədov Qriqoryana HƏDDİNİ BİLDİRDİ

MDB Hökumət Başçılarının iclasında polemika yaşanıb.

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan iclasın formatına uyğun olmayan aqressiv çıxış edib. Azərbaycana qarşı əsassız iddialar səsləndirən erməni rəsmisi Bakıda saxlanılan diversantları “hərbi əsir” kimi qələmə verərək, tarixin arxivinə yollanmış “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini yenidən gündəmə gətirib.

İclasın sonunda söz alan Əli Əsədov Mqer Qriqoryanın əsassız iddialarına cavab verib və bundan sonra tərəflər arasında polemika yaranıb. Əli Əsədovun ardınca Qriqoryan söz alaraq yenidən qeyri-obyektiv çıxış edib.

Azərbaycanın hökumət rəhbəri erməni diversantların üçtərəfli razılaşmadan sonra Azərbaycan ərazisinə gizli yollarla daxil olduğunu, torpaqlarımızda cinayətlər törətdiyini xatırladıb. Digər tərəfdən isə, “Dağlıq Qarabağ” ifadəsinin mövcud olmadığını, yalnız “Azərbaycanın Qarabağ iqtisadi rayonu” olduğunu erməni tərəfinin diqqətinə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest