Maskdan Twitter-in sahibinə ultimatum: “Bu məlumat alınmayanadək sövdələşmə baş tutmayacaq”

SpaceX və Tesla-nın rəhbəri İlon Mask təsdiqləyib ki, Twitter-in alınması ilə bağlı sövdələşmə sosial şəbəkənin rəhbəri Paraq Aqravaladan xidmət istifadəçiləri arasında saxta hesabların 5%-dən az olması barədə məlumat almayanadək tamamlanmayacaq. 

Bu barədə informasiyanı “Gazeta.ru” saytı yayıb.

“Saxta və spam hesabların 20%-i haqqında məlumat var. Bu, Twitter-in dediklərindən dörd dəfə çoxdur. Həqiqi rəqəm dəfələrlə çox ola bilər”, – Mask Twitter-də yazıb.

Sahibkar şirkətin baş direktoruna açıq ultimatum təqdim edib və xatırladıb ki, mayın 16-da Aqraval sosial şəbəkədəki saxta hesabların 5% -dən azına dair sübut təqdim etməkdən imtina edib.
“Mənim ilkin təklifim ABŞ Qiymətli Kağızlar Komissiyasına təqdim olunan Twitter məlumatlarının düzgün olduğunu başa düşməkdən ibarət idi. Aqraval məlumatları ortaya qoyana qədər bu sövdələşmə baş tutmayacaq “deyə iş adamı yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest