Maşından düşən şəxslər faciəvi şəkildə öldülər

Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Bakı-Ələt yolunda 1995-ci il təvəllüdlü İbrahim Əsədzadə idarə etdiyi “Chevrolet” markalı avtomobillə iki piyadanı vurub. Nəticədə piyadalar – 1967-ci il təvəllüdlü Səyavuş Cəfərov və 1985-ci il təvəllüdlü Emil Qurbanov – aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.

İlkin araşdırma zamanı məlum olub ki, vəfat edən piyadalar magistral yolun kənarında dayanıbmışlar. Belə ki, S.Cəfərov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili magistral yolun 65-ci kilometrliyində saxlayaraq sərnişini ilə birlikdə yerə düşüb. Bu zaman sürətlə hərəkətdə olan “Chevrolet” onların ikisini də vuraraq öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest