Masallı RMX-nın “oğru”baş həkimi işdən çıxarılıb – FOTO

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizov işdən azad olunub.

Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi əvəz edən R.Əzizov vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edilir ki, R.Əzizovun tutduğu vəzifədən azad edilməsinə səbəb son günlər sosial şəbəkələrdə marketlərin birindən oğurluqda şübhəli bilinməsi ilə bağlı yayılan videogörüntülər ola bilər.

Xatırladaq ki, o, 2003-cü ildən xəstəxananın polikilinika şöbəsinin müdiri olub. Bu ilin fevralında korrupsiya cinayətinə görə həbs edilən Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovu müvəqqəti əvəz edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest