“Marsel” mübarizəni dayandırdı, “Roma” və “Feyenoord” finalda

Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulub. 

Cavab oyunlarının ikisi də eyni gündə keçirilib. “Roma” ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi “Lester”i İtaliyada qəbul edib. A seriyası klubu 1:0 hesablı qələbə qazanıb və finala vəsiqə əldə edib. 

“Feyenoord” pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Marsel”lə Fransada üz-üzə gəlib. Matç 0:0 hesabı ilə yekunlaşıb. İlk görüşdə  3:2 hesablı qələbə qazanan Niderland təmsilçisi finala adlayıb. 

Beləliklə, turnirin finalında “Feyenoord” “Roma” ilə üz-üzə gələcək. Mayın 25-i Albaniyadakı “Kombötare” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

UEFA Konfrans Liqası, yarımfinal

Cavab oyunları

5 may

23:00. “Roma” (İtaliya) – “Lester” (İngiltərə) – 1:0

Qol: Abraham, 11

Baş hakim: Srcan Yovanoviç (Serbiya)

Roma, “Olimpiko” stadionu

İlk oyun – 1:1.

23:00. “Marsel” (Fransa) – “Feyenoord” (Niderland) – 0:0

Baş hakim: Sandro Şerer (İsveçrə)

Marsel, “Velodrom” stadionu

İlk oyun – 2:3

FİNAL

25 may

23:00. “Roma” (İtaliya) – “Feyenoord” (Niderland)

Albaniya, “Kombötare” stadionu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest