Marin Le Pen prezident seçiləcəyi təqdirdə Fransa NATO-dan çıxaracaq

Fransa prezidentliyinə namizəd olan Marin Le Pen seçkilərdə qələbə qazanacağı təqdirdə hədəfinin Fransa ordusunun NATO-dan çıxarmaq olduğunu bəyan edib.

“Əgər prezident seçilsəm, NATO-nun birləşmiş komandanlığından istefa verəcəm, lakin qarşılıqlı müdafiə ilə bağlı 5-ci maddədən imtina etməyəcəyəm” – deyə sağçı namizəd bəyan edib.

O, fransız qoşunlarını NATO-nun birgə komandanlığına və ya gələcək Avropa komandanlığına ötürməyəcəyini vurğulayıb.

Onun sözlərinə görə, Fransa ABŞ-ın protektoratına tabe olmayacaq.

“Ukraynada müharibə bitəndə və sülh bərqərar olanda mən NATO ilə Rusiyanın strateji yaxınlaşmasının tərəfdarı olacağam. Bu həm Avropanın, həm də ABŞ-ın maraqlarına uyğundur”, – deyə Marin Le Pen vurğulayıb.

Mənbə: RİA Novosti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest