“Mançester Yunayted” qalib gəldi – Ronaldo ilk oyununda dubl etdi

İngiltərə Premyer Liqasının dördüncü turu çərçivəsində “Mançester Yunayted” klubu öz meydanında “Nyukasl”ı qəbul edib.

Oyun meydan sahibinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Mançester Yunayted”in heyətində qolları K.Ronaldo (45+2 və 62c- dəqiqələr), Bruno Fernandeş (80-ci dəqiqə) və Cessi Linqard (90+2-ci dəqiqə) vurublar, “Nyukasl”ı yeganə qolunun müəllifi isə 56-cı dəqiqədə Havyer Mankilyo olub.

Qeyd edək ki, dörd turdan sonra “Mançester Yunayted” aktivində 10 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest