“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq

“Mançester Yunayted” növbəti mövsüm Çempionlar Liqasında oynamaq şansını itirib.

Belə ki, “Qırmızı şeytanlar” bu gün Premyer Liqanın 36-cı turunda səfərdə “Brayton”a uduzub (0:4).

Hazırda 37 liqa oyunundan sonra 58 xalı olan “mankunianlar” altıncı yerdədir. Dördüncü yerdə olan “Arsenal”ın isə 34 oyundan sonra 63 xalı var.

Bu iki komandanın arasında 34 oyundan sonra 61 xalla “Tottenhem” qərarlaşıb.

Qeyd edək ki, “Mançester Yunayted” 2019/20 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasını buraxacaq.

Bununla yanaşı, klub mövsümü buraxılan qolları (azı 56) və qazanılan xalların sayına (maksimum 61) görə də antirekordla tamamlayacaq.

Xatırladaq ki, Ranqnikin yetirmələrinin Premyer Liqada yalnız bir oyunu qalıb. Komanda son turda “Kristal Pelas”la qarşılaşacaq.

Mənbə: sports.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest