Mahir Emreli bir oyunda həm qəhrəman, həm də anti-qəhrəman oldu

Futbol üzrə milli komandamızın üzvü Mahir Emreli çıxış etdiyi “Leqiya” klubu ilə bu gün Polşada ilk titul şansını əldən verib.

Varşava təmsilçisi Superkubok matçında ötən mövsüm Polşa kubokunun qalibi olmuş “Rakuv”la qarşılaşıb.

Hesabı 10-cu dəqiqədə “Rakuv” açıb. Matçın 58-ci dəqiqəsində meydana daxil olan Emreli məğlub olmaq üzrə olan komandasının vacib qolunu vurub. O, 90+3-cü dəqiqədə hesabı bərabərləşdirib.

Buna görə də oyun penaltilərə qədər uzanıb. Burada daha dəqiq olan “Rakuv” (4:3) Superkubokun qalibi olub. “Leqiya”dan penaltini dəqiqə yerinə yetirə bilməyənlərdən biri Mahir olub.

Xatırladaq ki, yeni komandasına tez uyğunlaşan Mahir Emreli yoxlama oyunlarında altı, Çempionlar Liqasının iki matçında iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest