Məşhur ukraynalı siyasətçinin əri müharibədə həlak olub – FOTO

Ukrayna Ali Radasının deputatı, Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiyası üzrə müavini Olqa Stefanşinanın həyat yoldaşı ölkədə davam edən hərbi əməliyyatlar nəticəsində həlak olub.

Bu barədə Olqa Stefanşina öz “Facebook” səhifəsində məlumat yayıb.

Siyasətçi qeyd edib ki, əri Çerniqov vilayətində Rusiya Silahlı Qüvvələrinin atəşinə məruz qalaraq həyatını itirib.

“O, insanları xilas etməyə çalışırdı. Övladlarımın yanında olacam, əlaqəyə çıxa bilməyəcəm. Mənim üçün çox ağırdır”, – Olqa Stefanşina yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest