Məşhur ukraynalı cütlük müharibə ilə bağlı fikir ayrılığına görə ayrılır

Məşhur ukraynalı cütlük – müğənni Vera Brejneva ilə bəstəkar və prodüser Konstantin Meladze siyasi baxışlarında yaranan fərqliliyə görə ayrılmaq ərəfəsindədirlər.

Belə ki, Konstantin Meladze Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar aparmasına heç bir reaksiya verməyib.

Onun 40 yaşlı həyat yoldaşı Vera Brejneva isə könüllü fəaliyyətlə məşğuldur, tez-tez müharibə gedən ərazilərə göndərilən humanitar yardım aksiyalarında yaxından iştirak edir.

Mətbuat yazır ki, K.Meladzenin Rusiyada biznesi olduğundan o bu ölkənin təcavüzkar hərəkətlərinə susur. Məhz bu məqamlarla əlaqədar yaradıcı şəxslərin münasibəti pozulub.

Qeyd edək ki, Vera Brejneva və Konstantin Meladze 2015-ci ildə ailə həyatı qurublar. Toy mərasimi İtaliyada baş tutub. Onların bu izdivacdan övladları yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest