Məşhur türkiyəli aktyor faciəvi şəkildə öldü – FOTO

Türk xalq musiqisi sənətçisi İzzet Altınmeşenin 42 yaşlı aktyor oğlu Ali Murat Altınmeşe Mersinin Limonluk Mahallesi adlanan ərazisində qaldığı binanın 11-ci mərtəbəsindən yıxılıb.

NTV xəbər verir ki, o, hadisə yerində həyatını itirib.

İnsidentlə bağlı araşdırma başlayıb. Ali Muratın hansı səbəbdən yıxıldığı açıqlanmayıb.

Qeyd edək ki, mərhum son olaraq “Barbaroslar: Akdeniz’in Kılıcı” serialında rol alıb. İzzet Altınmeşinin kiçik oğlu Fırat Altınmeşe də aktyordur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest