Məşhur müğənnidən anası ilə bağlı ŞOK TƏLƏB: Həbsxanaya göndərin

Amerikalı pop müğənni Britni Spirs qohumlarının qəyyumluğuna görə məsuliyyət daşıyanları cəzalandırmağa çağırıb və anası Linn Spirsni həbsxanaya göndərməyi tələb edib.

Onun “Instagram” hesabında bu haqda qeyd edilib.

“Düzünü desəm, mən hələ də hər gün yuxudan oyanıram və ailəmin və qəyyumlarımın mənə bunu necə edə bildiyini düşünürəm. Bu məni ruhdan salır və alçaldır. Onların mənə etdikləri bütün pislikləri hələ demirəm – onlar buna görə həbsxanada olmalıdırlar. Bəli, mənim dindar anam da bura daxildir”, – ifaçı vurğulayıb.
Sənətçi daha əvvəl atasının himayəsində yaşadığı şəraitdə anasını günahkar adlandırmışdı. Müğənni hesab edir ki, Ceymi Spirs təkbaşına belə bir plan quracaq qədər “ağıllı deyil”.

Britni Spirs 13 ilə yaxın atasının himayəsində olub. Bu müddət ərzində müğənninin qazandığı pullar Ceymi Spirsin nəzarətində olub. O, təkcə qızının maliyyə məsələlərinə deyil, həm də yaradıcılıq və şəxsi məsələlərə cavabdeh idi. Noyabrın 13-də ABŞ məhkəməsi ifaçının himayəçiliyinə xitam verib.

Məşhur müğənnidən anası ilə bağlı ŞOK TƏLƏB: Həbsxanaya göndərin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest