Məşhur milyonçu türmədə vəfat edib

2021-ci ilin oktyabrında qətlə görə ömürlük həbs cəzasına məhkum edilən amerikalı milyonçu Robert Durst 78 yaşında Kaliforniyanın Stokton şəhərindəki xəstəxanada vəfat edib.

Bu barədə onun vəkili Çip Lyuis məlumat yayıb.

Durstun ölümünə ürək dayanması səbəb olub. O, müayinə üçün həbsxanadan aparıldığı San Xoakin xəstəxanasında dünyasını dəyişib.

2021-ci ilin sentyabrında andçılar heyəti üç günlük müzakirədən sonra milyonçunu 2000-ci ildə yaxın tanışı Syuzan Bermanın qətlində təqsirli bilib. O, ömürlük həbs cəzasına məhkum edilib. Daha sonra milyonçu koronavirusa yoluxub və süni nəfəs aparatına qoşulub. Oktyabr ayında Nyu York Ştat Prokurorluğu Darstı həyat yoldaşının qətlində ittiham etib.

Qeyd edək ki, 2015-ci ildə “The Jinx: The Life and Deaths of Robert Durst” sənədli serialının çəkilişləri zamanı o, bilmədən bir neçə qətli etiraf edib. Milyonçu mikrofonu çıxarmadan vanna otağına keçərkən “Yaxşı, bu qədər. Səni tutdular. Nə etdim? Hamısını öldürdüm”, -deyə bildirib.

Həmin ilin mart ayında Darst Luiziana ştatının Nyu Orlean şəhərində həbs olunub. Uzun illər ərzində o, Bermanı kimin öldürdüyü barədə “heç bir fikri olmadığını” və birinci arvadının başına nə gəldiyini bilmədiyini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest