Məşhur memar Zaha Hadidin futuristik villası satışa çıxarıldı – FANTASTİK QİYMƏTƏ

Ötən axşam sosial şəbəkədə 59 yaşlı sahibkar və milyarder Vyaçeslav Doroninin “Barvixa”dakı dəbdəbəli evinin satışa çıxarıldığı barədə məlumat yayılıb.  

Məlumatlarda təxminən 5 milyard rubl (13 miyon 250 min manat) dəyərində olan əşyaların və daşınmaz əmlakın satışı üzrə məşhur xidmətdə satışa çıxarıldığı bildirilir.  

Villanın dizaynı məşhur İraq-Britaniya memarı Zaha Hadid tərəfindən hazırlanıb. O, əfsanəyə görə, gələcək layihənin eskizini salfetin üzərinə şəxsən çəkib.  

Yabanı şam meşəsi üzərində xüsusi istehkamlar üzərində 25 metr hündürlükdə kosmik gəmiyə bənzər unikal villa tikilib. Şayiələrə görə, milyarder bunu keçmiş sevgilisi, 52 yaşlı supermodel və moda ikonu Naomi Kempbell üçün hələ Moskvada onunla yaşayarkən sifariş edib.  

Futuristik malikanə gəlinə toy hədiyyəsi olmalı idi. Hazırda isə xidmət qaydalarını pozduğu üçün elan satışdan çıxarılıb. Lakin rieltorlar artıq evin satıldığını təsdiqləyiblər.  

Qeyd edək ki, möhtəşəm dizaynı ilə seçilən villa artıq 2019-cu ilin noyabrında ilk dəfə 6,4 milyard rubl (təxminən 26,5 milyon manat) satışa çıxarılıb. Lakin “dodaq uçuqladan” qiymətə villaya sahiblənən şəxs hələ tapılmayıb.  

Rəşad Əliyev, Bizim.Media









Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest