Məşhur klubda rəzalət – Futbolçu məşqçisi ilə dalaşdı

“Lans”ın (Fransa) qapıçısı Jan-Lui Leka ilə komandanın qapıçılarla işləyən məşqçisi Tyerri Malaspino arasında dava düşüb.

ESPN xəbər verir ki, hadisə komandanın məşqində baş verib.

Yalnız digər futbolçuların müdaxiləsindən sonra hadisənin daha da böyüməsinin qarşısı alınıb.

Münaqişədən sonra Lekanın paltardəyişmə otağının qapısını çırpması onun barmağının sınması ilə nəticələnib. Buna görə də o, Liqa-1-in qarşıdakı iki oyununu buraxmalı olacaq.

Qeyd edək ki, adları çəkilən şəxslər arasında gərginlik uzun müddətdir mövcuddur. Ona görə də “Lans”ın ikinci qapıçısı Volker Farinyes bu mövsümün ikinci yarısı əsas heyətdə daha çox oynamaq şansı qazanıb.
“Lans” mediadakı bu xəbərlərlə əlaqədar açıqlama yayaraq davanın baş verdiyini təsdiqləyib. Klub bununla əlaqədar intizam tədbiri həyata keçirəcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest