Mənzillərdə otaqların ölçüləri ilə bağlı yeni qaydalar

Azərbaycanda mənzillərdə otaqların ölçüləri ilə bağlı yeni qaydalar müəyyən edilir.

Bu barədə məsələ “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.

Belə ki, normaların 5.2-ci bəndində göstərilmiş mənzillərdə otaqların sahəsi aşağıdakılardan az olmamalıdır:

– birotaqlı mənzildə ümumi otaq – 15 m²-dən;

– birotaqlı mənzillərin girişində qarderob – 2,5 m²-dən;

– iki və daha çox otaqlı mənzillərdə ümumi otaq – 16 m²-dən;

– yataq otağı – 8 m² (iki adama – 10 m²-dən);

– mətbəx – 8 m²-dən;

– mətbəx-yemək otağında mətbəx zonası – 6 m²-dən.

Birotaqlı mənzillərdə sahəsi 5 m²-dən az olmayan taxça-mətbəxin layihələndirilməsinə yol verilir.

Mansarda mərtəbəsində (və ya maili xarici divarı olan mərtəbədə) yataq otağı və mətbəxin sahəsinin 7 m² -dən az olmamaqla qəbul edilməsinə yol verilir, bu halda ümumi yaşayış otağının sahəsi 16 m²-dən az olmamalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest