“Mən həyat yoldaşımla üz-üzə də gəlmirdim ki…-“Əməkdar artist

Əməkdar artist Nuriyyə Hüseynova “Üzə-düz” verilişində qonaq olub.

Sənətçi veriliş zamanı maraqlı açıqlamaları ilə diqqət çəkib:

“Təhsil aldığım dönəmlərdə mənə çox elçilər gəlirdi. Amma valideynlərim deyirdi ki, səni öz yerlilərimizdən başqa heç kimə ərə vermərik. Icazə də vermirdilər ki, məni istəyən hansısa oğlanla görüşüm, danışım, tanışım olsun. Belə şeylər heç vaxt yaşamadım. Elə məsələlər var ki, mən ilk dəfədir bu barədə sizə deyirəm. Həyat yoldaşım da məktəbə arxamca gəlirdi, onunla da görüşməyə izn vermirdilər. Mənə salam verirdi, gedirdim ki, yaxın gəlməsin. Hətta dayılarım deyirdi ki, sən bizimçün əmanətsən, biz sənin valideynlərinə nə cavab verərik? Hər zaman diqqətli olmalıyam. Ona görə də heç kimi yaxınıma buraxmırdım, ürküb qaçırdım. Özümü müstəqil sevmək, sevilmək, sevgi nədir heç bilmədim, yaşamadım da. Dayım həyat yoldaşım barədə dedi ki, yaxşı oğlandır, təhsilli, əxlaqlı, ev-ailə qədri bilən bir insandır. Dedi, seçimə qalarsa, istərdim onunla ailə qur. Tamam bitdi… Mənim dayım ağıllıdır, o dedisə, vəssalam. Mən həyat yoldaşımla üz-üzə də gəlmirdim ki, tanış olaq, içimizdə sevgi yaransın. Xoşum gəlməsə də etiraz edə bilməzdim. 17 yaşım var idi. Yoldaşımın üstün cəhətləri olmasa idi, mən onunla ailə qurmazdım. Bu gün də peşman deyiləm, gözəl övladlarım var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest