Məleykədən “fotoşop” iddialarına cavab: “Hamımızın mənfisi və müsbəti var” – VİDEO

“Acığım gələn adama belə bu sözləri yazmaram. Boş adamlardı, oturub yazırlar. Öz zehninin düşəncəsində olan fikrini söyləyir. Özləri “fotoşop” edirlər, ona görə yazırlar. Ürəyin parlaqdırsa, gözəldirsə, üzünə vuracaq. Gözəllik gedəridir, qalıcı deyil. Nur qalıcıdır. Nur getdikcə üzə vurur, yaşlandıqca insan nurlanırsa, gözəlləşirsə, o nur xarici yox, daxili gözəllikdir”.

Bu sözləri Xalq artisti Məleykə Əsədova “MTV Maqazin” verilişinə müsahibəsində deyib. 

Aktrisa izləyicilərin, “şəkillərini fotoşopla gözəlləşdirir” ittihamlarına qəzəb dolu cavab verib.

“Qara rəngin özündə belə gözəllik görürəm. Hamımızın mənfisi də var, müsbəti də. Allah mənə o düşüncəni verib ki, insanın ən gözəl yerini görürəm və xarakterini axtarıram. Bir insanın qəlbini qırmaq çox asandır. Qəlb qırmaq olmaz”. 

Rəşad Əliyev, Bizim.Media

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest