Məktəbli formalarının qiyməti bahalaşır? – AÇIQLAMA

“Kimlər ki, uşaqlarına biganə deyil, vaxtında məktəbli formalarını alır. Məktəblərin açılması ilə bağlı dünənki qərara qədər də müraciət edənlər var idi, amma düşünürəm ki, qarşıdakı günlərdə tələbat artacaq”.

Bakuexo.az xəbər verir ki, bunu modern.az-a “Bakı Tikiş Evi”nin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov bildirib.

E.Əzimov qeyd edib ki, BTE-nin kifayət qədər xammal ehtiyatı var:

“Həmişəki kimi xammalı Türkiyədən almışıq. Tələbat artdıqca, əməkdaşlarımız, dərzilərimiz yeni formaların hazırlanmasını həyta keçirəcək. Bu baxımdan heç bir çətinliyimiz yoxdur”.

Onun sözlərinə görə, hazırda BTE-nin mağazalarında bütün ölçülərdə məktəbli formaları satışdadır.

Qiymətlərə gəlincə, satış rəisi hər hansı dəyişikliyin olmadığını vurğulayıb:

“I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir. Bakı Tikiş Evində məktəbli köynəkləri də tikilir. 26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. Köynəklərin tikilməsi üçün istifadə edilən pambıq parçalar Türkiyədən gətirilir. Məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata satılır. Geyimlərin keyfiyyətinə ən azı bir il zəmanət veririk”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest