Məhkumları çılpaq növbəyə düzüb… – “Qətllərə son qoyun, yoxsa qisas ağır olacaq” – FOTO

Mərkəzi Amerikanın ən kriminal dövləti – El Salvador son zamanlar zorakılıq dalğası ilə sarsılmaqdadır. Dəstə üzvlərinin demək olar ki, hər gün qətl törətməsini prezident Nayib Bukele həbsxanadan fotolar yayımlamaqla cavab verib.

Çıxış yolunu qeyri-adi üsulla tapıb.

Məhkumları çılpaq növbəyə düzmək əmrini verən Bukele “Öldürməyə son qoy, yoxsa bunun əvəzini verəcəklər” deyərək, dəstə üzvlərinin təslim olmasını tələb edib.

Cümə günündən bəri ölkədə 87 nəfərin öldürüldüyü açıqlanıb. Polis cinayətlərə görə ölkənin ən böyük iki dəstəsinin, Mara Salvatruçanın və ya MS-13-ün məsuliyyət daşıdığını bildirərək beş dəstə başçısını həbs edib. Milli.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest