Məhəbbət Kazımovun dayısı qızı GÖRÜN HANSI MƏŞHUR İMİŞ – FOTO

Şuşadan son çıxan ailə olduğunu və yaşadığı müddətdə Şuşada baş verən döyüşlərdə böyük travma aldığını qeyd edən ifaçı Xuraman Şuşalı o illəri bizimlə yenidən xatırladı.

Bakuexo.az xəbər verir ki, ifaçı moderator.az-a bu günə qədər danışmadığı və gizlin saxladığı bir çox məqamlara da aydınlıq gətirib.

– Xuraman Şuşalı nə zamandan Şuşalı ləqəbini daşıyır?

– Bunun xüsusi bir hekayəsi var. Belə ki, 18 yaşım olanda bu ləqəbi mənə mərhum bəstəkarımız Süleyman Ələsgərov qoyub. Ali məktəblə bağlı seçim etməli idim, anam dedi ki, Süleyman müəllim Şuşanın ağsaqqalıdır, o nə məsləhət görsə onu da seçərsən. O zamanlar ağsaqqalla məsləhətləşmək kimi bir adət vardı.

– Bəs o zamana qədər çıxışlarınız olurdumu, sizi necə təqdim edirdilər?

– O zamana qədər də Ulu öndərimiz Heydər Əliyevin iştirak etdiyi tədbirlərdə çıxışlarım olub. UNİCEF-in tədbirlərində ulu öndərimizi qarşılayırdım. O zaman uşaq idim. Ulu öndər ifamdan sonra məni qucaqlayıb, ifamı bəyəndiyini deyirdi. Həmin illər eyni zamanda AzTV-nin solisti idim. O zamana qədər Xuraman Hüseynova kimi təqdim edilirdim. Süleyman müəllim məndən soruşdu ki, “Səni necə təqdim edirlər?”. Dedim ki, Xuraman Hüseynova kimi. O da bildirdi ki, bundan sonra hara getdinsə onlara tapşır ki, səni “oxuyur Xuraman Şuşalı” kimi təqdim etsinlər. O zamandan, elə də qaldı.

– Bir müddət dedilər ki, Xuraman Şuşalı əslində Laçınlıdır. Bu söhbətlər hardan qayanqlanmışdı?

– Bibimin həyat yoldaşı Laçınlı idi. Bibimin oğlu isə məşhur və böyük sənətkarımız idi. Məhz ona görə elə zənn edirdilər ki, mən də Laçındanam.

– Bibiniz oğlu kim idi?

– Allah ona rəhmət etsin, mərhum sənətkarımız

– Məhəbbət Kazımovun “Laçınım” mahnısı onun ölümündən sonra böyük müzakirələrə səbəb oldu. Mövzu ilşə bağlı sizin fikirləriniz necədir?

– O mübahisəni mən də eşitdim… Məhəbbət Kazımov indi haqq dünyasındadır, biz nahaq dünyada. İnanıram ki, Könül Kərimova bunu qalmaqal niyyəti ilə deməyib. Könül xanım Məhəbbət Kazımovla bir yerdə çalışıb, eyni səhnəni bölüşüb. İnanmıram ki, onu pis niyyətlə desin. Məhəbbət müəllimin oğlunun da çıxışını izlədim. Düşünürəm ki, bu mövzunu bu qədər açıb ağartmamalı idilər. Məhəbbət Kazımov o mahnının möhürünü vurub. Dünyasını dəyişən insanın arxasınca danışmaq lazım deyil. – Doğulub, böyüdünüz torpağa- Şuşaya getməyi planlaşdırırsınızmı?

– Əslində Şuşaya getmək üçün dəvət gözləyirəm. İstərdim ki, Şuşada ilk klip şəkdirənlərdən biri də mən olum. O torpaqlara dövlət xətti ilə getmək istəyirəm. Şuşa işğaldan azad olunana qədər bütün televiziyalar və media nümayəndələri Şuşanın işğal günlərində birinci məni verilişlərə çağırıb danışdırırdılar.Bu gün isə məndən başqa hamını Şuşaya apardılar.

Şuşadan çıxanda 8 yaşım vardı…

– O illəri xatırlayırsınızmı?

– Əlbəttə. Mən o illərdə travma aldım. Atam Şuşada gedən döyüşlərdə yaralanmışdı. Belə ki, Şuşa döyüşlərində atam I, anam II qrup Qarabağ əlili oldu. Şuşadan çıxan sonuncu uşaq mən oldum. O hadisələrdən sonra düşünürdüm ki, Şuşa alınanda ora birinci mən gedərəm.

Çox istəyirəm ki, öz torpağıma uşaqlarımla birlikdə gedim. Şuşadan sonuncu dəfə valideynlərimlə çıxmışam, istəmirəm ora tək qayıdım. İndi bizim Şuşadakı evimizin yerində Mədəniyyət evi var. Hazırda isə evimizdə Şuşanı qoruyan əsgərlərimiz yaşayır. Şuşadakı həyətimiz cənnət idi. Amma indi o cənnətdən heç bir əsər-əlamət qalmayıb. Bar verən ağacı niyə məhv ediblər? Ağacdan nə istəyiblər axı…

– Şuşadan çıxmağınızı necə xatırlayırsınız?

– Şuşadan çıxanda çox travma almışam. Əslində psixoloji olaraq güclü insanam, bu zamana qədər ayaqda durmağım Allahın möcüzəsi və öz üzərimdə çalışmağımdır. Xatirələrim çox qarışıqdır. Bircə onu deyə bilərəm ki, anam Şuşadan çıxanda qapını bağlamadı, dedi ki, qoy qapını qırmasınlar. O açarı anam son gününə kimi saxladı. Hazırda həmin açar qardaşımdadır.

– 27 sentyabr Anım Günüdür. Düşünürdünüzmü ki, bir ildən sonra bizim Şuşaya getmək imkanımız olar?

– Həmin gün gözümün qabağında bir hadisə canlanmışdı. Şuşanın işğal günü atam telefonla paytaxta zəng edib deyirdi, Şuşaya yardım, dəstək göndərin. Atam çox gərgin idi. Deyirdi ki, Şuşa alınmaz qaladır. O heç vaxt inanmırdı ki, Şuşa işğal oluna bilər. Deyirdi ki, Şuşanı heç kim ala bilməz. Anam deyirdi ki, “evi boşaldaq, əşyalarımızı göndərək”, atam buna icazə vermədi, onun bu sözünə çox əsəbiləşdi. Atam dedi ki “Şuşa alına bilməz, tarix boyu bunu heç kim edə bilməyib. Erməni kimi dılğır gəlib Şuşanı ala bilər?”. Şəhərdə həyəcan siqnalları çalınanda biz evimizin zirzəmisinə qaçırdıq. Evimizin zirzəmisində çox yaxşı şərait qurulmuşdu. Atama evdən heç nə götürməyə icazə vermədi, qapını da bağlamadı ki, hələlik çıxırıq, qayıdacağıq. Valideynlərim Şuşadan çıxandan sonra qazi olublar deyə mənə hər zaman çətin olub. Hər zaman işləmişəm, çalışmışam. Evlilik təklifləri alanda deyirdim yox, işləyib anama ev alım, ona hər cür şərait yaradım, daha sonra ailə həyatı quraram. Həmişə ailəmi düşünmüşəm.

Anam həmişə deyir ki, “sən kiçik bir uşaq idin, deyirdin ki, “mən sürünərəm, amma qoymaram sən əziyyət çəkəsən”. Mənim üçün hər şeydən öncə valideynlərim olub.

– İndi Şuşaya qayıdıb, yenidən orada yaşayarsınızmı?

– Bu gün də Şuşada yaşamaq niyyətindəyəm. Həyat yoldaşıma demişəm ki, Şuşaya köç başlayanda oraya köçək. Həyat yoldaşım indi televiziyada çalışır. Şuşada iş taparsa, gedib orada yaşamağa da razıdır.

Çox istərdim ki, övladlarım Şuşada böyüsün. Məni tanıyanlar bilir ki, təbiət aşiqiyəm. İlk gedənlərdən biri mən olacam. Ruhum təbiətdə yaşamaq üçündür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest