Lukaşenko Ukraynada hərbi əməliyyatları dayandıra biləcək ŞƏXSİN ADINI DEDİ

Lukaşenko Ukraynada hərbi əməliyyatları dayandıra biləcək şəxsin adını çəkib.

Bu barədə Belarus rəhbəri Associated Press-ə müsahibəsində məlumat verib. Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada hərbi əməliyyatları kimin bir həftə ərzində dayandıra biləcəyini deyib.

O, Ukrayna rəhbərliyinin ölkədə diplomatik yolla hərbi əməliyyatları dayandırmaq istəyi olub-olmaması ilə bağlı fikir bildirib.

“Bəlkə Ukrayna rəhbərliyi bunu istəyir. amma edə bilmir. Bir səbəbdən ola bilməz, çünki bu gün Ukraynanı idarə edən Zelenski deyil (məndən inciməsin, bu mənim fikrimdir). Siz ordan idarə olunursunuz (Qərb ölkələrinin nümayəndələri nəzərdə tutulur)”, – o eyham vurub.

“Əgər Co Bayden desə: “Hə, kişilər, döyüşdük, ruslar demişkən, bir-birinin sifətini dağıtdıq, daha bəsdir, gəlin dayanaq. Müharibə heç kimə lazım deyil, bu, faydasızdır və “bir həftə ərzində hər şey dayanacaq”, – Lukaşenko əlavə edib.

Xuraman Etibarlı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest