Liya Axedjakova: “Putindən və Rusiyanın xəyali böyüklüyündən yorulmuşam”

Rusiyalı aktrisa Liya Axedjakova Rusiyanın başlatdığı müharibədən bezdiyini və Ukraynanın qələbəsindən sonra tez bir zamanda bu ölkəyə gəlmək istədiyini bildirib.

“Mən bu müharibədən o qədər yorulmuşam ki, heç nəyi şərh etmək belə istəmirəm. Rusiyanın bu xəyali böyüklüyündən, “torpaqlarımız” uğrunda mübarizəsindən yorulmuşam. Mən Putindən yorulmuşam. Sülh, mehribanlıq və əmin-amanlıq istəyirəm.  Mən insanları sağ, salamat və şən görmək istəyirəm”, – Axedjakova “Instagram” səhifəsində yazıb.

Bundan əlavə, aktrisa qeyd edib ki, ukraynalılar hazırda iki cəbhədə vuruşurlar:

Öz ölkələrini müdafiə edir və Putin rejimini boğulmağa və zəifləməyə məcbur edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest