“Liverpul” 17 yaşlı futbolçuya görə 50 milyon avro ödəməyə hazır olduğunu bildirib

İngiltərənin “Liverpul” klubu “Barselona”nın 17 yaşlı futbolçusu Qavini transfer etmək istəyir.

Mənbə yazır ki, mersisaydlılar təmsilçisi 17 yaşlı oyunçu üçün 50 milyon avro ödəməyə hazırdır.

Qavi ötən mövsüm “Barselona”nın heyətində 47 oyun keçirib, iki qol vurub və altı məhsuldar ötürmə edib.

Qavi İspaniyanın əsas millisinə də dəvət olunub və altı oyun keçirib.

Qeyd edək ki, ispaniyalı futbolçunun “Barselona” ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest