“Lirənin ucuzlaşması Ərdoğanın planıdır” – Sergey Markov

Türkiyə yaxın vaxtlarda genişmiqyaslı etirazlarla üzləşməyəcək, milli valyutanın ucuzlaşmasına və müxalifətin kəskin bəyanatlarına baxmayaraq, Yeni il tətilində rusiyalı turistlərə heç bir təhlükə olmayacaq.

Bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

“Təbii ki, Türkiyə iqtisadiyyatı özünü mükəmməl hiss etmir, lakin lirənin ucuzlaşması iqtisadi durğunluqdan çıxmaq üçün Türkiyə Prezidenti Ərdoğan tərəfindən planlaşdırılıb.

Ərdoğan hadisələrin belə inkişafına tam hazır idi. Bu, onun planının bir hissəsidir. Müxalifətin təşkil etdiyi etiraz aksiyaları real “qəzəbli kütlə” deyil, burada əsasən müxalifət elektoratı var, ona görə də burada təəccüblü və qeyri-adi heç nə yoxdur”, – Markov qeyd edib./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest