Levon Ter-Petrosyan:”Bu, Ermənistan tarixinin ən biabırçı, ən təhlükəli seçkiləri olacaq”

Ermənistanda nəyin baş verdiyini tam anlamayan insanlar sonda kimin yanında duracaqlarını hələ də müəyyən etməkdə çətinlik çəkirlər.Seçkiyə qatılan siyasi qüvvələrin sayı çox olsa da,mübarizənin əsasən Paşinyanla Koçaryan arasında gedəcəyi tam aydındır.Məsələ burasındadır ki,sonda Rusiya kimi dəstəkləyəcək?Əlbəttdə, rusların bu seçkidə rolu danılmazdır və onların kimə qahmar çıxacağı isə sual doğurur.Bəzi mütəxəssislər hesab edirlər ki, Rusiya Koçaryanı dəstəkləyəcək.Bunu, Nikolun Fransaya son səfərində səsləndirdiyi fikirlərə əsaslanıb  deyənlər, Paşinyanın qərbdən özünə yeni starateji tərəfdaş axtarması  və Parisdə  Rusiyanı qıcıqlandıran açıqlamalar verməsini əsas gətirir.Paşinyanın sərhəd məsələsində hərbi dəstək üçün müraciətini Rusiyanın cavabsız qoyması Nikolun Parisə üz tutmasıyla nəticələndi.Həm KTMT-yə həm də Rusiyaya müraciətlərdən sonra ermənilərin sadəcə yola verilməsi, Ermənistan hakimiyyətinin  gülünc vəziyyətə düşməsi  Paşinyanı alternatif  güclərlə tərəfdaşlıq barədə dialoqa getməsinə zəmin yaratdı.Hələ  Ermənistanın BMT Təhlükəsiszlik Şurasına müraciər etmək cəhdini demirik.Düzdür Paşinyanın bu jesti Rusiyanı qıcıqlandırmağa hesablanmışdı və sadəcə sözdən başqa bir şey deyildi. Özüdə başa düşür ki, Parisdə yeni starateji müttəfiqinə əl uzadanın  qolunu  Rusiya kökündən “kəsə” bilər.Ola bilsin ki,Paşinyan rusların seçkidə onu dəstəkləməyəcəyini  dəqiqləşdirib və əks həmlələr hazırlayıb.Bu həmlədən biri üzə çıxsa da,  onun Rusiyaya qarşı növbəti təxribatçı  mövqeyinin nədən ibarət olacağı maraq doğurur.Rusiyanın əlində  Koçaryan kartı var və seçki marafonu da göstərdi ki,keçmiş  prezident hər çıxışında Rusiyaya  meyilliliyini gizlətmir və hakimiyyətə gələcəyi təqdirdə Rusiya ilə daha sıx hərbi əməkdaşlıq edəcəyini  bildirir.Dağılan ordunun yenidən bərpa olunması üçün Rusiyanın köməyinə böyük ehtiyaclarının olduğunu dəfələrlə vurğulayan Koçaryan əslində Rusiyanın adamı kimi danışır.Bəs xalq kimi dəstəkləyəcək?
  Ermənistanın 1-ci prezidenti  Levon Ter-Petrosyan bu gün Ermənistan Milli Konqresinin  seçki proqramını təqdim edərkən:”Bu seçkilər Ermənistan tarixinin ən biabırçı, ən təhlükəli seçkiləri olacaq.”-deyib. Bu gün nəyin bahasına olursa-olsun hakimiyyətə gəlməyə can atan iki qütbün  hər şeyə hazır olduğunu bildirib: “Hər iki tərəfin böyük maliyyə dayaqları olduğu kimi, kriminal dayaqları da var.Deməli tərəflərin hər hansı  cinayətə əl atmaları gözləniləndir.”
 Seçicilərə müraciət edən Ter-Petrosyan:“Nə Paşinyan, nə də Koçaryana etibar etməyin. Ola bilər kimsə onları dinləyir və inanamaq istəyir.Bağışlayın,amma mən onların intellektual səviyəsinə  şübhə edirəm. Əgər Koçaryan  və Serj Sarkisyan mənim  blok kimi fəaliyyət göstərmək təklifimi qəbul etsəydilər o zaman bizdən heç kim hər hansı dövlət postuna iddia etməyəcəkdi və hər şey dərhal həll olnacaqdı. Ter-Petrosyan hesab edir ki,nə  Paşinyan, nə də Robert Koçaryanın  belə bir proqramı yoxdur:
 “Hansı vədlər verdiklərini və nələrə əməl etdiklərini xatırlayın.Bir şey deyib  tamamilə başqa bir şey etdilər. Onların məqsədi sadəcə bir-birlərindən intiqam almaqdır. ”
  Seçki yaxınlaşdıqca belə təhlükəli çıxışlara çox rast gələcəyik.İndi tərəflər bir-birilərinin iç üzünü açmaqla məşğuldur.Amma Ermənistanın bu  günə düşməsində bir başa günahı olan adamlar-Koçaryan və Sarkisyan  qəhrəmanlar kimi danışırlar.Paşinyan isə onların buraxdlqları səhvləri düzəltməklə məşğuldur və seçicilərdən ən azı 60 faiz səs gözlədiyini deyir.Bu nə qədər realdır demək çətindir.
Vəli Həsənoğlu
Bakuexo.az
 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest