Levandovski “Barselona” yolunda

“Bavariya”nın hücumçusu Robert Levandovski karyerasını İspaniyada davam etdirməyə yaxındır.

33 yaşlı oyunçu “Barselona”ya keçməyə razılıq verib.

Bildirilib ki, Levandovskinin “Bavariya” rəhbərliyi ilə münasibətləri Münhen klubunun ona cəmi bir il uzatmağı təklif etməsi səbəbindən pisləşib. Polşalı futbolçunun klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Xatırladaq ki, Levandovski 2014-cü ildə Dortmund “Borussiya”sından “Bavariya”ya transfer olunub. O, bu mövsüm Almaniya Bundesliqasında 27 matçda iştirak edib, 31 qol vurub və 1 qolun ötürməsini verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest