Lavrov Putinin səhhəti ilə DANIŞDI

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbdə Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

TASS xəbər verir ki, nazir prezidentin səhhətinə şübhə edənlərə onun qəbul etdiyi xarici qonaqlara müraciət etməyi tövsiyyə edib.

“Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə təmasda olan xarici liderlərdən, o cümlədən BMT-nin baş katibi Antonio Quterreşdən soruşun. Düşünürəm ki, təhlükənin nə olduğunu başa düşəcəksiniz”, – deyə Lavrov bildirib.

Qeyd edək ki, Qərbdə prezident Putinin səhhətindəki vəziyyətlə bağlı çoxlu fərziyyələr var.//Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest