Lavrov: “Buçadakı təxribat Rusiya hərbçiləri oranı tərk etdikdən sonra törədilib”

“Buçadakı təxribat Rusiya hərbçiləri oranı tərk etdikdən sonra törədilib”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT baş katibinin müavini, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin rəhbəri Martin Qriffitslə görüşdə deyib.

“Beynəlxalq humanitar gündəmdəki aktual məsələlərin ətraflı müzakirəsi Ukraynadakı vəziyyətə diqqət çəkdi. Rusiya tərəfi Kiyev vilayətinin Buça şəhərində baş verən hadisələri ətraflı qiymət verib. Orada baş verənlərin Rusiya Silahlı Qüvvələrinin çıxarılmasından sonra törədilmiş cinayətlərdə Rusiyanı təqsirli göstərmək məqsədi daşıyan açıq təxribat olduğu vurğulanıb”, – Rusiya XİN başçısı qeyd edib/APA.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest