Laçında iki nəfər cüyür ovlayıb, kef məclisi təşkil etdi – VİDEO

Sosial şəbəkələrdə Laçın rayonunda iki şəxsin cüyür kəsməsi ilə bağlı iddialar yer alıb.

Bildirilib ki, Vüqar və Aqil adlı şəxslər cüyür ətindən kabab hazırlayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.

Xidmətin rəisi Hikmət Əlizadə “oxu.az”ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən görüntü ilə bağlı təqsirkarların tapılması və barələrində tədbir görülməsi üçün xidmət tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanır.

Qeyd edək ki, cüyür Azərbaycanın “Qırmızı kitab”ına düşdüyü üçün ovlanmasına icazə verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest