Kürdəmirdə minik və yük avtomobilləri toqquşub: Yaralananlar var

Kürdəmir rayonunda yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Atakişilli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini, 34 yaşlı Rzayev Nurlan Rəhim oğlunun idarə etdiyi “Mercedes” markalı yük maşını Cəfərov Yolçu Şaiq oğlunun sükanı arxasında olduğu “VAZ-2106” markalı avtomobilə arxadan çırpılıb. Nəticədə VAZ-ın sürücüsü və sərnişini, 20 yaşlı Babayev Ariz Azər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest