Salyanda meyiti tapılan şəxs 4 medallı Qarabağ qazisi imiş – FOTO

Bu gün səhər saatlarında Salyan şəhərində Kür çayından tapılmış, üzərində zorakılıq əlaməti olmayan nəşin 20 yaşlı Salyan şəhər sakini Nəcəfov Murad Əsəd oğlu olduğu məlum olub.

Vətən müharibəsinin iştirakçısı olan Murad əsgəri xidmətdən iyulun 1-də, 9 gün əvvəl tərxis olumuşdu.

O, müharibədə kontuziya almışdı.

Döyüşlərdə göstərdiyi şücaətlərə görə 4 medalla təltif olunub.

Allah rəhmət etsin!

***

Bu gün səhər saatlarında Kür çayında Salyan şəhərində körpünün yaxınlığında təxminən 25-30 yaşlarında kişi meyiti tapılıb.

Meyit çaydan çıxarılaraq Salyan morquna təhvil verilib.

Meyitin kimə məxsus olduğu və həmin şəxsin hansı şəraitdə öldüyü istintaq tərəfindən araşdırılır.

Faktla bağlı araşdırma gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest