Kürəsəlçilər və onların qorxunc planları – İLGİNC NÜANSLAR

Kürəsəlçilər (Qlobalçılar da deyilir) anlayışı bəzi insanlara mif kimi görünə bilər. Ancaq kürəsəlçilərin tarixi orta dövrlərə qədər gedib çıxır. Kürəsəlçilər dünyada hər 100 ildən bir yeni nizamlar qurur, yeni qanunlar çıxarırlar. Dünya nizamı köhnələndə yeni nizam qurmaq kimi ehtirası yaranır bu güclərin.

Gəlin, kürəsəlçiləri tanımaq üçün 100 il əvvələ qayıdaq. Bu güc ilk öncə 1914-cü ildə I Dünya Müharibəsini ortaya atdı. 1914-1918-ci illər aralığında baş verən I Dünya Müharibəsində 10 milyondan çox insan həlak oldu. 1918-ci ildə böyük savaş bitdi. Hər kəs həmin ildə dünyada sülh, əmin-amanlıq və sabitliyin bərqərar olunduğunu zənn edirdi. Amma təəssüf ki, bu, belə deyildi. Nədənsə I Dünya Savaşı bitər-bitməz “təsadüfən” 1918-ci ildə “İspan qripi” peyda oldu və 1920-ci ilə qədər davam edən həmin xəstəlik nəticəsində dünyada 50-100 milyon aralığında insan vəfat etdi.

Kürəsəlçilər hər zaman dünyada yeni dünya nizamını qurana qədər bir çox qorxunc planlarını işə salıblar. Dünya 1914-cü ildə “qeyri-sabitlik” dönəminə qədəm qoymaqla yalnız 1945-ci ildə yeni dünya nizamı quruldu. 1914-1918-ci ildə I Dünya Savaşını, 1918-1920-ci illərdə isə “İspan qripi”ni görən dünya daha dəhşətli müharibəyə hamilə olduğunu bilmirdi. Kürəsəlçilər “İspan qripi”ni yaymaqla onsuz da I Dünya Savaşından yenicə çıxan dövlətlərin iqtisadiyyatlarına daha ağır zərbə vuraraq dövlətləri olduqca dəhşətli – “Nüvə savaşı”na təhrik etmiş oldular. İllərlə qurduğu planı, qlobalçılar nəhayət ki, 1939-cu ildə həyata keçirməyə başladılar. Onlar Birinci Dünya Savaşı ilə Rusiyada, Osmanlıda və Almaniyada monarxiyaları devirdi.

Lakin kürəsəlçilərin hesablamadığı hadisə baş verdi. 1933-cü ildə Adolf Hitler tarix səhnəsinə atıldı. Əslində o, Birinci Dünya Müharibəsində iştirak etmiş, hətta 1916-cı ildə Somma çayı sahilində baş vermiş döyüşdə ayağından yaralanmışdı. Almaniyanın bu savaşdakı məğlubiyyəti Hitlerə təsir etdiyindən dövlətinin məğlubiyyətini heç cürə həzm edə bilmirdi. Adolf Hitler 30 yanvar 1933-cü ildə hakimiyyətə gəldikdən sonra Almaniyada nasistlər xeyli gücləndilər. Hitler ilk günlərdən etibarən ölkədə demokratik azadlıqları ləğv etməyə və siyasi rəqiblərinə qarşı açıq terrora başladı. Buna haqq qazandırmaq məqsədilə 1933-cü ilin fevralın 27-də Reyxstaqın binasının yandırılması təşkil olundu. Bunun təqsiri kommunistlərin üzərinə atıldı və 1933-cü ilin sentyabrında Leypsiqdə qondarma mühakimə prosesi keçirildi. Fevralın 28-də faşist hökumətinin təklifi əsasında prezident Paul fon Hindenburq “Xalqı və dövləti müdafiə etmək” adlı fövqəladə fərmanla Veymar konstitusiyasının müəyyən etdiyi bütün azadlıqları ləğv etdi.

Almaniyada Nasist partiyası istisna olmaqla bütün siyasi partiyaların fəaliyyəti dayandırıldı. Gizli polis (Gestapo) yaradıldı. 1933-cü ilin martında Hitler federativ dövlətin tərkibinə daxil olan alman torpaqlarının muxtariyyətini ləğv etdi. 1934-cü ilin avqustunda prezident Hindenburqun ölümündən sonra bütün hakimiyyət Hitlerin əlində cəmləşdi. Beləliklə, Hitlerin böyük səyləri nəticəsində Almaniyada terrorçu avtoritar faşist diktaturası bərqərar oldu. Hitler antisemitizmi dövlət siyasətinə çevirdi.

1933-cü ilin yazından yəhudilərə məxsus müəssisələrin boykot edilməsinə başlanıldı. 1935-ci ildə yəhudiləri alman vətəndaşlığından məhrum edən və onların dövlət aparatında hər hansı vəzifə tutmalarını qadağan edən bir sıra qanunlar qəbul edildi. Faşist diktaturasının yaradılması ilə Versal-Vaşinqton sistemi iflasa uğramağa başladı.

1933-cü il oktyabrın 14-də Almaniya Millətlər Cəmiyyətindən çıxdı, tərksilah üzrə konfransı tərk etdi. Hitler 1933-cü il dekabrın 18-də Versal müqaviləsinin bütün hərbi müddəalarını ləğv etməyə, alman ordusunun sayını artırmağa, bütün silah növlərinin istehsalının bərpa olunmasına, hərbsizləşdirilmiş Reyn zonasına ordu yeridilməsinə icazə verilməsini tələb etdi.

Hitlerçilərin səyi nəticəsində Almaniya Avropada müharibə ocağına çevrildi. Bununla da I Dünya Savaşı ilə Almaniyanı ələ keçirən kürəsəlçilər Hitlerə görə yenidən Almaniyanı itirmiş oldular. Hitler bundan sonra onların açıq hədəf taxtası idi. Hitler kürəsəlçilər üçün divar idi. Çünki bu qüvvələr avtoritarizmi sevmirlər. Diktatorlar hər zaman kürəsəlçilərin gözündə düşmən və təhdid olublar. Ona görə də o divarı yıxmaq üçün sözügedən dərin güc dəhşətli nüvə savaşını çıxarmaqdan belə çəkinmədi.

Beləliklə, ABŞ ilk “Lend-Liz aktı”nı qəbul etdi. “Antanta” blokuna təmənnasız bütün növ güclü silah-sursat yardımları edildi. Məhz bu qərar sayəsində 1939-1945-ci ildə baş verən İkinci Dünya Savaşında qlobalçılar Almaniyanı məğlub edərək Hitler kimi ən böyük təhdidi tarix səhnəsindən sildilər.

Onlar İkinci Dünya Müharibəsini bitirmək üçün 1945-ci ilin avqustun 6-da Yaponiyanın Xirosima, avqustun 9-da isə Naqasaki şəhərinə nüvə zərbəsi endirdilər. Avqustun 15-də isə Yaponiya kapitulyasiya elan etdi. Xirosimada həlak olanların sayı 90-166 min arası, Naqasakidə isə 60 mindən 80 minə qədər olmuşdu. 1945-ci ildə BMT-nin yaradılması ilə dünyada yeni düzən quruldu və 1914-cü ildə başlamış qeyri-sabitlik dönəmi bitmiş oldu.

Kürəsəlçilər üçün bundan sonra ən böyük təhdid SSRİ idi. 1947-ci ildə ABŞ-la SSRİ arasında başlayan “Soyuq Müharibə” 1978-ci ildə Əfqanıstanda silahlı toqquşmaya çevrildi. SSRİ-nin dövlət başçısı Leonid İliç Brejnev qoşunlarını Əfqanıstana yeritdi. Bununla da kürəsəlçilər SSRİ-ni Əfqanıstanda tələyə saldılar. Əfqanıstanı silah-sursatla təmin etdilər. 1978-1979-cu ildə baş verən SSRİ-Əfqanıstan müharibəsi onların böyük silah yardımı ilə Əfqanıstanın qələbəsi ilə nəticələndi. SSRİ bu savaşda 15 mindən çox əsgər itirdi. Bu məğlubiyyətlə SSRİ-nin dağılmasının başlanğıcı qoyuldu. 1980-ci illərdən başlayaraq SSRİ-nin daxilində başlanan narazılıqlar, çəkişmələr, xalqların azadlıq coşqusu, 1988-ci ildə ermənilərlə azərbaycanlılar arasında başlanan Qarabağ münaqişəsi, 1990-cı ildə Azərbaycanda başlanan Ümumxalq Azadlıq Hərəkatı, Sovet ordusunun Bakıda 20 Yanvar qırğınlarını törətməsi və s. SSRİ-ni daxildən süquta uğradan səbəblər idi.

Göründüyü kimi, onların ssenarisinə əsasən, SSRİ-nin dəstəyi ilə Almaniya İkinci Dünya Savaşında məğlub edildi. Sonra isə bütün hədəflər SSRİ-yə yönəldi. Yüz illər ərzində imperiyalar dağıtmış, Yaponiyaya nüvə bombası atmış dərin gücün dəhşətli planları davam edir..

(Ardı var)
Fazil Bayramov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest