Küçəni bağlayıb toy etmək istədilər: polis atəş açdı

İstanbulun Esenyurt rayonunda toy etmək istəyən şəxslərlər polis arasında dava düşüb.

Buna bir qrup şəxsin Fatih məhəlləsində küçəni bağlayaraq toy etmək istəməsi səbəb olub. 
Həmin ərazidə yaşayan sakinlər küçəni bağlayaraq toy etmək istəyənlərilə bağlı polisə şikayət ediblər. Hadisə yerinə gələn polis əməkdaşları küçənin bağlanaraq toy edilməsinin yolverilməz olduğu ilə bağlı xəbərdarlıq ediblər. Xəbərdarlıqlara məhəl qoymayanlar polis əməkdaşları ilə mübahisə etməyə başlayıblar. Bir müddət sonra mübahisə əlbəyaxa davaya çevrilib. Dava zamanı qruplaşmanın 2 üzvü polisə yumruq zərbələri endirib. Polis bibər qazından istifadə edərək havaya xəbərdarlıq atəşi açıb.

Əraziyə əlavə polis qüvvələri cəlb edildikdən sonra ara sakitləşib.SFERA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest